Ümumi məluamt
Avtomend – nəqliyyat vasitələrinin, sürücülərin və logistika əməliyyatlarının mərkəzləşdirilmiş şəkildə idarə olunması üçün nəzərdə tutulmuş rəqəmsal platformadır. Bu proqram, nəqliyyat xərclərinin optimallaşdırılması, əməliyyat effektivliyinin artırılması və texniki xidmətlərin planlı şəkildə yerinə yetirilməsi məqsədilə hazırlanmışdır.
İstifadəçilər proqramda müxtəlif funksiyalara malik menyular vasitəsilə əməliyyatları izləyə, əlavə edə və idarə edə bilərlər. Aşağıda bu menyuların qısa icmalı təqdim olunur:
1. Göstəricilər Paneli
Sistemə daxil olduqdan sonra istifadəçini qarşılayan ana paneldir. Burada əsas statistik göstəricilər – aktiv nəqliyyat vasitələri, cari texniki baxışlar, yanacaq sərfiyyatı və digər real vaxt məlumatları vizual formada təqdim olunur.
2. Xatırladıcılar (Alt menyular):
İstifadəçiləri yaxınlaşan hadisələr və vacib tarixlər barədə məlumatlandırır:
- 2.1 Texniki Baxışlar – Nəqliyyat vasitələrinin planlaşdırılmış baxış tarixləri.
- 2.2 Sığortalar – Sığorta bitmə tarixləri və yenilənmə bildirişləri.
- 2.3 Reklamlar – Reklam müqavilələrinin müddəti və yenilənməsi.
- 2.4 Sürücülük Vəsiqəsi – Sürücü sənədlərinin qüvvədə olma müddəti.
- 2.5 Periodik Baxımlar – Müntəzəm servis və texniki baxış cədvəlləri.
3. Əməkdaşlar
Şirkət əməkdaşlarının qeydiyyatı, vəzifələri və iş tarixçəsi bu bölmədə idarə olunur.
4. Sürücülər
Aktiv sürücülər, sürücülük vəsiqələri, fəaliyyət göstəriciləri və təyin olunmuş nəqliyyat vasitələri barədə məlumatlar burada yerləşir.
5. Nəqliyyat Vasitələri
Avtoparkın idarə olunması üçün istifadə olunur. Hər bir nəqliyyat vasitəsi haqqında ətraflı məlumat (marka, model, il, mühərrik həcmi və s.) bu bölmədə qeyd olunur.
6. Yol Vərəqələri
Səfərlərin qeydiyyatı, marşrut məlumatları və icazələrin rəqəmsal şəkildə idarə olunması bu menyu vasitəsilə həyata keçirilir.
7. Servis
Daxili və xarici servis əməliyyatlarının planlanması, təmir qeydləri və xidmətlərin idarəsi bu bölmədən aparılır.
8. Avto Yuma
Avtomobillərin yuyulma tarixçəsi və xidmət təqvimi bu bölmədə izlənilir.
9. NV Qeydləri (Alt menyular):
Nəqliyyat vasitələri ilə bağlı qeydlərin toplanması:
- 9.1 Cərimələr, 9.2 Qəza qeydləri, 9.3 Sığorta məlumatları
- 9.4 Texniki baxış tarixçəsi, 9.5 Reklam müqavilələri
- 9.6 Səfər qeydləri, 9.7 Fərqlənmə nişanları
10. Anbar Əməliyyatları (Alt menyular):
Material və məhsulların anbar daxilində hərəkətinin idarəsi:
- 10.1 Stok, 10.2 Mədaxil, 10.3 Məxaric, 10.4 Transfer
- 10.5 Silinmə, 10.6 Sayım artıq, 10.7 Sayım əksik
11. Yanacaq Əməliyyatları (Alt menyular):
Yanacaqla bağlı bütün əməliyyatların qeydi:
- 11.1 Yanacaq mədaxili
- 11.2 Yanacaq transferi
- 11.3 Daxili sərfiyyat
12. Hesabatlar (Alt menyular):
Sistem tərəfindən yaradılan müxtəlif hesabatlar:
- 12.1 Yanacaq sərfiyyatı
- 12.2 İşçi iş yükü
- 12.3 Əsas texniki işlər
- 12.4 NV üzrə xərclər
- 12.5 Günlük stoklar
- 12.6 Məhsul alışı
- 12.7 Günlük ümumi hesabatlar
13. Exceldən Yükləmələr
Sistemə xarici məlumatların (Excel faylları vasitəsilə) inteqrasiyası:
- 13.1 Yürüş məlumatları
- 13.2 Yanacaq sərfiyyatı
14. Tənzimləmələr (Alt menyular):
Proqramın əsas parametrləri və struktural ayarlar:
- Şirkət və filial məlumatları, istifadəçilər, bölmələr
- Anbarlar, yanacaq çənləri, servislər
- Qiymətlər, təyinatlar, təchizatçılar, müştərilər
- Məhsullar və kateqoriyalar, reklam müqavilələri və s.