Ümumi məlumat

Ümumi məlumat

Avtomend – nəqliyyat vasitələrinin, sürücülərin və logistika əməliyyatlarının mərkəzləşdirilmiş şəkildə idarə olunması üçün nəzərdə tutulmuş rəqəmsal platformadır. Bu proqram, nəqliyyat xərclərinin optimallaşdırılması, əməliyyat effektivliyinin artırılması və texniki xidmətlərin planlı şəkildə yerinə yetirilməsi məqsədilə hazırlanmışdır.
İstifadəçilər proqramda müxtəlif funksiyalara malik menyular vasitəsilə əməliyyatları izləyə, əlavə edə və idarə edə bilərlər. Aşağıda bu menyuların qısa icmalı təqdim olunur:
1. Göstəricilər Paneli
Sistemə daxil olduqdan sonra istifadəçini qarşılayan ana paneldir. Burada əsas statistik göstəricilər – aktiv nəqliyyat vasitələri, cari texniki baxışlar, yanacaq sərfiyyatı və digər real vaxt məlumatları vizual formada təqdim olunur.
2. Xatırladıcılar (Alt menyular):
İstifadəçiləri yaxınlaşan hadisələr və vacib tarixlər barədə məlumatlandırır:
3. Əməkdaşlar
Şirkət əməkdaşlarının qeydiyyatı, vəzifələri və iş tarixçəsi bu bölmədə idarə olunur.
4. Sürücülər
Aktiv sürücülər, sürücülük vəsiqələri, fəaliyyət göstəriciləri və təyin olunmuş nəqliyyat vasitələri barədə məlumatlar burada yerləşir.
5. Nəqliyyat Vasitələri
Avtoparkın idarə olunması üçün istifadə olunur. Hər bir nəqliyyat vasitəsi haqqında ətraflı məlumat (marka, model, il, mühərrik həcmi və s.) bu bölmədə qeyd olunur.

6. Yol Vərəqələri
Səfərlərin qeydiyyatı, marşrut məlumatları və icazələrin rəqəmsal şəkildə idarə olunması bu menyu vasitəsilə həyata keçirilir.

7. Servis
Daxili və xarici servis əməliyyatlarının planlanması, təmir qeydləri və xidmətlərin idarəsi bu bölmədən aparılır.

8. Avto Yuma
Avtomobillərin yuyulma tarixçəsi və xidmət təqvimi bu bölmədə izlənilir.

9. NV Qeydləri (Alt menyular):
Nəqliyyat vasitələri ilə bağlı qeydlərin toplanması:

 

10. Anbar Əməliyyatları (Alt menyular):
Material və məhsulların anbar daxilində hərəkətinin idarəsi:

11. Yanacaq Əməliyyatları (Alt menyular):
Yanacaqla bağlı bütün əməliyyatların qeydi:

12. Hesabatlar (Alt menyular):
Sistem tərəfindən yaradılan müxtəlif hesabatlar:

13. Exceldən Yükləmələr
Sistemə xarici məlumatların (Excel faylları vasitəsilə) inteqrasiyası:

14. Tənzimləmələr (Alt menyular):
Proqramın əsas parametrləri və struktural ayarlar: