Avtomend Service İstifadəçi təlimatı Bu təlimat Avtomend proqram təminatından istifadə edən istifadəçilər üçün hazırlanmışdır. Burada sistemin əsas menyuları, funksiyaları və alt bölmələri üzrə ətraflı izahlar təqdim olunur. Hər bir modulun necə işlədiyi, məlumatların necə əlavə və ya redaktə edildiyi, sistemdə naviqasiya və gündəlik istifadə ssenariləri sadə və aydın şəkildə izah edilmişdir. T Ümumi məluamt Avtomend – nəqliyyat vasitələrinin, sürücülərin və logistika əməliyyatlarının mərkəzləşdirilmiş şəkildə idarə olunması üçün nəzərdə tutulmuş rəqəmsal platformadır. Bu proqram, nəqliyyat xərclərinin optimallaşdırılması, əməliyyat effektivliyinin artırılması və texniki xidmətlərin planlı şəkildə yerinə yetirilməsi məqsədilə hazırlanmışdır. İstifadəçilər proqramda müxtəlif funksiyalara malik menyular vasitəsilə əməliyyatları izləyə, əlavə edə və idarə edə bilərlər. Aşağıda bu menyuların qısa icmalı təqdim olunur: 1. Göstəricilər Paneli Sistemə daxil olduqdan sonra istifadəçini qarşılayan ana paneldir. Burada əsas statistik göstəricilər – aktiv nəqliyyat vasitələri, cari texniki baxışlar, yanacaq sərfiyyatı və digər real vaxt məlumatları vizual formada təqdim olunur. 2. Xatırladıcılar (Alt menyular): İstifadəçiləri yaxınlaşan hadisələr və vacib tarixlər barədə məlumatlandırır: 2.1 Texniki Baxışlar – Nəqliyyat vasitələrinin planlaşdırılmış baxış tarixləri. 2.2 Sığortalar – Sığorta bitmə tarixləri və yenilənmə bildirişləri. 2.3 Reklamlar – Reklam müqavilələrinin müddəti və yenilənməsi. 2.4 Sürücülük Vəsiqəsi – Sürücü sənədlərinin qüvvədə olma müddəti. 2.5 Periodik Baxımlar – Müntəzəm servis və texniki baxış cədvəlləri. 3. Əməkdaşlar Şirkət əməkdaşlarının qeydiyyatı, vəzifələri və iş tarixçəsi bu bölmədə idarə olunur. 4. Sürücülər Aktiv sürücülər, sürücülük vəsiqələri, fəaliyyət göstəriciləri və təyin olunmuş nəqliyyat vasitələri barədə məlumatlar burada yerləşir. 5. Nəqliyyat Vasitələri Avtoparkın idarə olunması üçün istifadə olunur. Hər bir nəqliyyat vasitəsi haqqında ətraflı məlumat (marka, model, il, mühərrik həcmi və s.) bu bölmədə qeyd olunur. 6. Yol Vərəqələri Səfərlərin qeydiyyatı, marşrut məlumatları və icazələrin rəqəmsal şəkildə idarə olunması bu menyu vasitəsilə həyata keçirilir. 7. Servis Daxili və xarici servis əməliyyatlarının planlanması, təmir qeydləri və xidmətlərin idarəsi bu bölmədən aparılır. 8. Avto Yuma Avtomobillərin yuyulma tarixçəsi və xidmət təqvimi bu bölmədə izlənilir. 9. NV Qeydləri (Alt menyular): Nəqliyyat vasitələri ilə bağlı qeydlərin toplanması: 9.1 Cərimələr , 9.2 Qəza qeydləri , 9.3 Sığorta məlumatları 9.4 Texniki baxış tarixçəsi , 9.5 Reklam müqavilələri 9.6 Səfər qeydləri , 9.7 Fərqlənmə nişanları 10. Anbar Əməliyyatları (Alt menyular): Material və məhsulların anbar daxilində hərəkətinin idarəsi: 10.1 Stok , 10.2 Mədaxil , 10.3 Məxaric , 10.4 Transfer 10.5 Silinmə , 10.6 Sayım artıq , 10.7 Sayım əksik 11. Yanacaq Əməliyyatları (Alt menyular): Yanacaqla bağlı bütün əməliyyatların qeydi: 11.1 Yanacaq mədaxili 11.2 Yanacaq transferi 11.3 Daxili sərfiyyat 12. Hesabatlar (Alt menyular): Sistem tərəfindən yaradılan müxtəlif hesabatlar: 12.1 Yanacaq sərfiyyatı 12.2 İşçi iş yükü 12.3 Əsas texniki işlər 12.4 NV üzrə xərclər 12.5 Günlük stoklar 12.6 Məhsul alışı 12.7 Günlük ümumi hesabatlar 13. Exceldən Yükləmələr Sistemə xarici məlumatların (Excel faylları vasitəsilə) inteqrasiyası: 13.1 Yürüş məlumatları 13.2 Yanacaq sərfiyyatı 14. Tənzimləmələr (Alt menyular): Proqramın əsas parametrləri və struktural ayarlar: Şirkət və filial məlumatları, istifadəçilər, bölmələr Anbarlar, yanacaq çənləri, servislər Qiymətlər, təyinatlar, təchizatçılar, müştərilər Məhsullar və kateqoriyalar, reklam müqavilələri və s. Xatırladıcılar menyusu