Avtomend Service İstifadəçi təlimatı

Bu təlimat Avtomend proqram təminatından istifadə edən istifadəçilər üçün hazırlanmışdır. Burada sistemin əsas menyuları, funksiyaları və alt bölmələri üzrə ətraflı izahlar təqdim olunur. Hər bir modulun necə işlədiyi, məlumatların necə əlavə və ya redaktə edildiyi, sistemdə naviqasiya və gündəlik istifadə ssenariləri sadə və aydın şəkildə izah edilmişdir. T

Ümumi məluamt

Avtomend – nəqliyyat vasitələrinin, sürücülərin və logistika əməliyyatlarının mərkəzləşdirilmiş şəkildə idarə olunması üçün nəzərdə tutulmuş rəqəmsal platformadır. Bu proqram, nəqliyyat xərclərinin optimallaşdırılması, əməliyyat effektivliyinin artırılması və texniki xidmətlərin planlı şəkildə yerinə yetirilməsi məqsədilə hazırlanmışdır.

İstifadəçilər proqramda müxtəlif funksiyalara malik menyular vasitəsilə əməliyyatları izləyə, əlavə edə və idarə edə bilərlər. Aşağıda bu menyuların qısa icmalı təqdim olunur:

1. Göstəricilər Paneli

Sistemə daxil olduqdan sonra istifadəçini qarşılayan ana paneldir. Burada əsas statistik göstəricilər – aktiv nəqliyyat vasitələri, cari texniki baxışlar, yanacaq sərfiyyatı və digər real vaxt məlumatları vizual formada təqdim olunur.

2. Xatırladıcılar (Alt menyular):

İstifadəçiləri yaxınlaşan hadisələr və vacib tarixlər barədə məlumatlandırır:

3. Əməkdaşlar

Şirkət əməkdaşlarının qeydiyyatı, vəzifələri və iş tarixçəsi bu bölmədə idarə olunur.

4. Sürücülər

Aktiv sürücülər, sürücülük vəsiqələri, fəaliyyət göstəriciləri və təyin olunmuş nəqliyyat vasitələri barədə məlumatlar burada yerləşir.

5. Nəqliyyat Vasitələri

Avtoparkın idarə olunması üçün istifadə olunur. Hər bir nəqliyyat vasitəsi haqqında ətraflı məlumat (marka, model, il, mühərrik həcmi və s.) bu bölmədə qeyd olunur.


6. Yol Vərəqələri

Səfərlərin qeydiyyatı, marşrut məlumatları və icazələrin rəqəmsal şəkildə idarə olunması bu menyu vasitəsilə həyata keçirilir.


7. Servis

Daxili və xarici servis əməliyyatlarının planlanması, təmir qeydləri və xidmətlərin idarəsi bu bölmədən aparılır.


8. Avto Yuma

Avtomobillərin yuyulma tarixçəsi və xidmət təqvimi bu bölmədə izlənilir.


9. NV Qeydləri (Alt menyular):

Nəqliyyat vasitələri ilə bağlı qeydlərin toplanması:


10. Anbar Əməliyyatları (Alt menyular):

Material və məhsulların anbar daxilində hərəkətinin idarəsi:


11. Yanacaq Əməliyyatları (Alt menyular):

Yanacaqla bağlı bütün əməliyyatların qeydi:


12. Hesabatlar (Alt menyular):

Sistem tərəfindən yaradılan müxtəlif hesabatlar:


13. Exceldən Yükləmələr

Sistemə xarici məlumatların (Excel faylları vasitəsilə) inteqrasiyası:


14. Tənzimləmələr (Alt menyular):

Proqramın əsas parametrləri və struktural ayarlar:

Xatırladıcılar menyusu